Daisy Flowers

About Daisy Flowers

İstifadəsinə göstəriş: Qastritlərdə, mədə və onikibarmaq bağırsağın xora xəstəliyində, kolit və enterokolitlərdə daxilə qəbul olunur. Qarqara şəklində angina, laringit, stomatit və s. xəstəliklərdə təyin edilir. Paraproktit, kolit və hemorroidal düyünlərin iltihabı zamanı təmizləyici emulsion imalə şəklində istifadə olunur. Eləcə də dəri yaralanmaları və sızanaqlar zamanı islatma şəklində tətbiq edilir.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 20 dq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür və təyinata əsasən istifadə olunur. İmalə üçün dəmləməyə 1 xörək qaşığı bitki yağı əlavə edilir.

+994 77 503 40 40 WhatsApp