"Fito Life" zavodu

"Fito Life" MMC

Tovuz şəhərində inşa edilmiş Fito Life zavodunda dərman bitkilərinin və meyvələrin yığımı, emalı və onlardan hazırlanmış məhsulların dünya bazarına ixracı həyata keçirilir. Bu məqsədlə, Azərbaycanın bir çox səfalı bölgələrində “ABAD” qəbul məntəqələri qurularaq, həm dərman bitkilərinin, həm də meyvələrin toplanmasına start verilmişdir. Gədəbəy, Şəmkir, Tovuz, Göyçay, Qusar, Quba, Ağsu, İmişli və digər bölgələrdən toplanan meyvələr, dərman bitkiləri və mualicəvi otlar Tovuzda yerləşən zavoda göndərilir. Burada həmin dərman bitkilərindən çay məhsulları, meyvələrdən isə meyvə quruları hazırlanaraq həm respublika ərazisində, həm də ABŞ, İspaniya, Almaniya, Latviya, Türkiyə, Hindistan, Çin, Koreya kimi ölkələrə ixrac olunur. İstehsal olunan məhsullar kiçik və böyük qablaşdırılmalarda, qutu və ya paket şəklində satışa təqdim edilir.

Gədəbəy, Şəmkir, Tovuz, Göyçay, Qusar, Quba, Ağsu, İmişli rayonlarında qurulmuş “ABAD” qəbul məntəqələrində alma, üzüm, şaftalı, ərik, əncir, kivi və digər meyvələr toplanaraq, emal üçün Tovuzda yerləşən Fito Life zavoduna göndərilir. Burada meyvələrdən hazırlanan meyvə quruları həm respublika ərazisində, həm də ABŞ, İspaniya, Almaniya, Latviya, Türkiyə, Hindistan, Çin, Koreya kimi ölkələrə ixrac olunması nəzərdə tutulmuşdur. Əsasən qara kişmiş, sarı kişmiş, əncir, alma, ərik, şaftalı, xurma və kivi meyvələrinin qurudulmuş məhsulları böyük və kiçik qablaşdırılmada, həmçinin 5 kiloqramlıq qutularda satışa təqdim olunmuşdur.

+994 77 503 40 40 WhatsApp