О компании "Fito Life"

image description

Aparılan araşdırmalar nəticəsində Azərbaycan florasının 4500 bitki növündən 1547-nin (37%) dərman bitkisi olduğu müəyyənləşib. Onlardan 1161 növü xalq təbabətində istifadə olunur. 525 növ farmakologiya üçün sınaqdan keçirilib. 421 növ Azərbaycanın orta əsrlər xalq təbabətində istifadə edilib. Azərbaycanın dərman bitkilərinə əsasən meşələrdə və çəmənlərdə rast gəlinir. Azərbaycan Respublikasının bitki ehtiyatları növ etibarı ilə çox müxtəlif olub, Qafqazın başqa regionlarından üstündür və bütün Qafqazın növ tərkibinin 69%-ni təşkil edir. Burada bitən bitkilər 920 cins olub, 125 fəsiləni özündə birləşdirir. Çox da böyük olmayan bir ərazidə bütün dünyada mövcud olan iri bitki növlərinin demək olar ki, əksəriyyətinə ölkəmizdə rast gəlinir.

ABAD” Ailə Biznesinə Asan Dəstək

Prezident İlham Əliyev, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədilə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Sənədlə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosial yönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılır.

“ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçiriləcək

  • Ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;
  • “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;
  • Ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;
  • İstehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;
  • İstehsal olunan məhsulun daşınmasının və satışının təşkili;
  • İstehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;
  • Layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;
  • İstehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.
+994 77 503 40 40 WhatsApp